Ümrə kəlməsi; ziyarət etmək mənasına gəlir. Dini bir termin olaraq ümrə, “Müəyyən bir zamana aid olmadan ehrama girərək Kəbəni təvaf etmək, Səfa ilə Mərvə arasında səy etmək və təraş olub ehramdan çıxmaqdan” ibarətdir. Ömründə ən azı bir dəfə ümrə etmək sünnədir.

Ümrə üçün müəyyən bir vaxt yoxdur. İstənilən vaxt edilə bilər. Lakin qurban bayramında Ərəfə günü səhərdən başlayıb bayramın dördüncü günü axşama qədər ümrə edilməsi məkruh sayılmışdır.

  • Ən azı altı ay etibarlılıq müddəti olan ümumvətəndaşlıq pasportu.
  • 2 ədəd 3×4 ölçüdə rəngli foto şəkil.
  • 18 yaşı tamam olmamış şəxslər tək başına səfər edəcəksə, hər iki valideyinin razılığı ilə verilmiş notarius təsdiqli razılıq ərizəsi.
  • 18 yaşı tamam olmamış şəxslər valideyinlərindən biri ilə səfər edəcəksə, digər valideyinin notarius təsdiqli razılıq ərizəsi.
  • Əcnəbi vətəndaşlar Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsininin surəti.
  • Gediş tarixindən 20 gün əvvəl bütün sənədlər Hilal Travel şirkətinə təqdim olunmalıdır.