Həcc və ya ümrə ziyarəti üçün Kəbəyə gedən zəvvarlar Miqat sərhədlərini keçməzdən əvvəl ehrama girməlidirlər. Ehram geyimi iki ədəd böyük dəsmaldan ibarətdir. Kişi zəvvarlar ehram hazırlıqlarını gördükdən sonra ehrama bu şəkildə girirlər; Münasib bir yerdə əvvəlcə paltarlar çıxarılır. Beldən aşağı bədənə sarılacaq ehram dəsmalını bel hissəsindən bağlayıb bir kəmər və ya iplə bərkidilir. Ehram dəsmalının ikinci hissəsi isə çiyinlərindən aşağıya doğru örtülür. Bu iki dəsmaldan başqa geyim olaraq heç bir şey zəvvarın üzərində qala bilməz. Baş açıq, ayaqlar isə yalın olmalıdır. Ayağa topuq tərəfi açıq bir tərlik (ləpik) geyinilir. Saat, eynək, üzük, kəmər və çanta kimi əşyaların istifadə olmasında bir problem (qəbahət) yoxdur.
Xanımlar üçün isə xüsusi ehramı geyimi yoxdur, onların ehramı əyinlərindəki libaslarıdır. Üzün açıq olması şərtiylə xüsusi bir rəng və model şərti olmadan bu libaslarla ehrama niyyət edirlər. Xanımlar üçün münasib olan daim təsəttürə uyğun olan geyim tərzidir. Ehramlar geyildikdən sonra iki rükət “ehram namazı” qılınır. Namazdan sonra ümrəyə niyyət edilir, sonra isə təlbiyə gətirilir.
Ümrə ziyarəti xanımların üzrlü halları olduğu günlərə təsadüf edərsə, onlar da eyni şəkildə ümrəyə niyyət edib təlbiyə gətirərlər. Lakin namaz qıla bilməz və təvaf edə bilməzlər. Üzrlü halları sona çatana qədər ehramda qalıb ehram qadağalarına diqqət etməlidirlər. Təmizləndikdən sonra qüsl alaraq ümrə vəzifələrini yerinə yetirərlər.
EHRAMIN FƏRZLƏRİ:
EHRAMIN VACİBLƏRİ:
EHRAMIN SÜNNƏLƏRİ:
EHRAM QADAĞALARI
Həcc və ya ümrə ibadəti üçün ehrama girdikdən sonra digər vaxtlarda halal olan bəzi davranışlar ehramlı şəxslərə qadağan olunur. Bu qadağaların bəziləri aşağıdakılardır.
S.S.S
Bilgi ve Kayıt İçin Hemen Formu Doldurun!
Formu doldurun bilgi ve kayıt talebiniz için Umre Tur Danışmanınız en kısa sürede sizinle iletişime geçsin.
İletişim Formu
En kısa sürede size dönüş sağlayacağız.